İsrail Ordusu: Qəzzada yüzlərlə metr uzunluğunda tunel aşkar edilib

Qəzzanın cənubundakı İssa zastavasında komanda və rabitə otaqlarının yerləşdiyi yüzlərlə metr uzunluğunda terror tuneli aşkarlanıb.

Globalinfo.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə israil müdafiə Qüvvələrinin nümayəndəsi bildirib.

Qeyd edilib ki, bu tuneldə onlarla metr tikili, həmçinin su və elektrik infrastrukturu var. HƏMAS tuneldən komandanlıq, nəzarət və müxtəlif sektorlar arasında hərəkət, eləcə də təchizatların yerləşdirilməsi və saxlanması üçün istifadə edib.