bina 0

İsrail Müdafiə Qüvvələri (IDF) bu gün Qəzzada HƏMAS tərəfindən istifadə olunan daha bir çoxmərtəbəli binaya zərbə endirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

Məlumata görə, vurulan bina HƏMAS tərəfindən kəşfiyyat fəaliyyəti və əməliyyat məqsədləri üçün istifadə olunub.

Açıqlamada qeyd olunur ki, HƏMAS silahlıları həmin binaya müşahidə məntəqələri və izləmə avadanlıqları yerləşdirib ki, bu da İsrail ordusunun hərəkətlərini izləmək məqsədi daşıyıb.

O da bildirilib ki, binanın yaxınlığında yeraltı tunel infrastrukturu mövcud olub və bu, “terror fəaliyyətlərinin koordinasiyası” üçün istifadə olunub.

Bu zərbə IDF-nin dünən Qəzzada HƏMAS-ın “terror infrastrukturu” kimi istifadə etdiyi başqa bir çoxmərtəbəli binanı məhv etməsindən sonra endirilib.

Paylaş: