İsrail nümayəndə heyəti Qəzzaya dair danışıqlar üçün Qətərdədir.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Qətərin “Al Araby” telekanalı yayıb.
Məlumatda bildirilib ki, İsrail heyəti Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı dolayı danışıqlar aparmaq məqsədilə Dohaya gəlib.
Qeyd edilib ki, danışıqlarda HƏMAS-la razılaşma əldə etmək hədəflənir.