İsrail nümayəndələri Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək “Sülh sammiti”nə qatılmayacaq.
Globalinfo.az-ın məlumatına görə, bu barədə jurnalistlərə İsrail hökumətinin nümayəndəsi Şoş Bedrosyan bildirib.
“İsrailin heç bir nümayəndəsi sammitdə iştirak etməyəcək”, – o deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planına uyğun olaraq, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəsin müzakirəsi üçün “Sülh sammiti” keçiriləcək.