İsrail döyüşlərə daha intensiv şəkildə davam edəcək

Qəzza zolağında humanitar atəşkəs başa çatdıqdan sonra İsrail qoşunları bütün anklavda döyüşlərə daha intensiv şəkildə davam edəcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

“İndi sizin bir neçə gününüz var. Amma biz döyüşə qayıdıb daha da güclü hərəkət edəcəyik”, – nazir bildirib.

O vurğulayıb ki, İsrail bütün anklavda döyüşəcək.

Noyabrın 27-də Qətər Xarici İşlər Nazirliyi Qəzza zolağında İsrail əsgərləri ilə HAMAS qüvvələri arasında atəşkəsin daha iki gün uzadıldığını təsdiqləyib./Apa/