İsmayıllıda ana və övladları qarpızdan zəhərləndilər

İsmayıllı rayonunun Mollaisaqlı kəndində zəhərlənmə hadisəsi baş verib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, kənd sakinləri – 1962-ci il təvəllüdlü Solmaz Bayram qızı Ağakişiyeva və övladları – 1996-cı il təvəllüdlü Bəhman Tofiq oğlu Şəhlalı, 1994-cü il təvəllüdlü Lazım Tofiq oğlu Şəhlalının axşam yeməyindən sonra halı pisləşib, onlarda zəhərlənmə əlamətləri müşahidə olunub.

Ana və övladları təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ailə üzvlərinin qarpızdan zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.