DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb.
Ondan ov tüfəngi götürülüb.
*** 11:23
Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub.
Globalinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
Oxu.az-ın məlumatına görə, İsa Bolayev rayon ərazisində sahibkar kimi tanınıb.
O, Zaqatalada restoran sahibi olub.