1709217616 alen simonyan

“Ermənistan Azərbaycanla razılaşdırılmış 13 bənd əsasında sülh sazişini imzalamağa hazırdır.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyan hazırda Azərbaycanla danışıqlar prosesinin dalana dirəndiyini bildirib:

“Ermənistanın bu məsələdə irəliləyiş əldə etmək üçün siyasi iradəsi var. Biz indi razılaşdırılmış məqamları imzalamağa hazırıq”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da sülh sazişini razılaşdırılmış maddələr əsasında imzalamağı təklif edib.

Paylaş: