Aram Nikolyan polis idarəsini tərk edib.
O, kütlə tərəfindən polis idarəsinin qarşısında alqışlarla qarşılanıb.
Vəkil Aleksandr Koçubayev bildirib ki, müdafiə etdiyi şəxsə qarşı heç bir ittiham irəli sürülməyib.
***23:32
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran təxribatçının turnirin təşkilatçılarından biri Aram Nikolyan olduğu üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV yazıb.
Qeyd edək ki, yandırılan bayraq yenisi ilə əvəz edilib və şanlı bayrağımız səhnədə öz yerini alıb.

***
22:36
Ağırlıqqaldırma üzrə Avropa çempionatının bu gün İrəvanda keçirilən açılış mərasimində erməni əxlaqsızlığı, hüquqtanımazlığı və düşmənçiliyinin daha bir nümunəsi yaşanıb.
Globalinfo.az xəbər verir ki, Azərbaycan bayrağı səhnəyə gətirilərkən yerdən bir erməni qaçaraq, Bayrağımızı qapıb və ona od vurub.
Hər kəsin gözü qarşısında erməninin bu cür hərəkəti azərbaycanlı idmançıların təhlükəsizliyinin qorunmaması və ya qəsd anlamına gələ bilər.
Xatırladaq ki, İrəvanda sabah start götürəcək yarışa Azərbaycandan Nazilə İsmayılova (49 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq) qatılıb.
Videonu təqdim edirik: