İrəvanda bayrağımızı yandıran şəxsə qadağa qoyuldu

İrəvanda Azərbaycan bayrağını yandıran Aram Nikolyanın Ermənistan dövlət qurumlarına girişinə qadağa qoyulub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Haykakan Yamanak” nəşri məlumat yayıb.

“Bizdə olan məlumata görə, onun Ermənistan İctimai Televiziyasının binasına və polis tərəfindən qorunan dövlət qurumlarına daxil olması qadağandır”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunu məlumatına görə, A.Nikolyan Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.