İrəvanda yarış zalında Azərbaycan və Türkiyə bayraqları cırıldı – FOTO

Ermənistanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında Türkiyə və Azərbaycan bayraqlarına qarşı növbəti təxribat törədilib.

Globalinfo.az xəbər verir ki, yarışın keçirildiyi zalın tavanından Azərbaycan və Türkiyənin cırılmış bayraqları asılıb.

Digər dövlətlərin bayraqları isə normal vəziyyətdədir.

Fotolardan bayraqların bilərəkdən cırıldığı aydın görünür.