Putin çalışır ki, Əliyev və Ərdoğan… – Erməni ekspert

“Moskvanın nəzərində Ermənistan artıq regional aktor statusuna malik deyil”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert, diaspor nümayəndəsi Karo Armen bildirib.

O, Ermənistanın regionda artıq bütün gücünü və mövqeyini itirdiyini deyib:

“Etiraf etməliyik ki, hazırda strateji müttəfiqimiz yoxdur. Moskva regionda əsas müttəfiq kimi Bakıya üstünlük verəcək. Lakin bu həm də Azərbaycan və Türkiyənin Cənubi Qafqazda mövqelərinin möhkəmlənəcəyi deməkdir. Azərbaycan artıq əsas regional aktordur, Ermənistan isə bu statusa malik deyil.

Bu gün Əliyev və Ərdoğan Putinin Cənubi Qafqazda əsas həmsöhbətləridir. Moskva onlarla münasibəti düzgün qurmağa çalışır. Azərbaycanın əlində bütün əhəmiyyətli kartlar var. Paşinyan hakimiyyəti müstəqil Ermənistan dövlətçiliyini məhvə sürükləyir. Qərblə münasibətlərimiz yaxşılaşsa da, unutmayın ki, Qərbin Azərbaycan və Türkiyəyə ehtiyacı var”.

Ayşən Mustafa
Globalinfo.az