muharibe zerbe

Ermənistan uzun illər ərzində ölkənin silahlanmasına böyük pullar ayırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Qeyd olunur ki, Ermənistan 2008-2018-ci illər ərzində 345 milyard dramlıq silah tədarük edib. Bu rəqəm “məxməri inqilab”dan sonra – 2018-2020-ci illərdə 609 milyard drama yüksəlib.

Məqalədə qeyd olunur ki, Nikol Paşinyan hakimiyyətində yaşanan bu kəmiyyət dəyişikliyi keyfiyyətə təsir göstərməyib. Orduya çox zaman yararsız və lazımsız silahlar tədarük edilib.

Vurğulanır ki, təkcə iki ildə bu qədər silah alınmasına baxmayaraq, Ermənistan müharibədə ağır məğlubiyyətlə üzləşib.

Tahir Turan
Globalinfo.az 

Paylaş: