
“Azərbaycanla münasibətlərin normallaşmasından sonra institusional baxımdan münaqişənin başa çatdığını hesab etmək olar”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib:
“Razılaşma imzalandıqdan sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayacaq. Bu, artıq məlum məsələdir. Ermənistanın mövqeyi aydındır. Sülh sazişi imzalanan kimi sözügedən qurumla bağlı bəzi qeydlərimiz olacaq”.
Qeyd edək ki, rəsmi Bakı Minsk qrupunun ləğvi ilə bağlı İrəvanla birgə müraciətin edilməsinə dair tələb irəli sürüldüyünü dəfələrlə açıqlayıb. Bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan sözügedən qurumun fəaliyyətinə artıq ehtiyacın qalmadığını və ləğvi üçün müraciət etməyə hazır olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az