abbas bagirov 15

İranlılar ABŞ prezidenti Donald Trampa müraciət edərək, rejimə son qoymağa çağırıblar.

Globalinfo.az xəbər verir ki, Tehrandan yayıldığı iddia edilən videoda bir iranlının ABŞ prezidentinə müraciəti yayılıb:

“Onların artıq təslim edəcək heç nəyi qalmayıb. Axıra qədər davam et və rejimin varlığına son qoy”, – iranlı Trampa xitabən vurğulayıb.

Eyni zamanda, sosial şəbəkələrdə ABŞ və İsrailin hava zərbələrindən sonra Tehranda genişmiqyaslı dağıntıları əks etdirən görüntülərin yayıldığı bildirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: