iran naxc

İranın Naxçıvana dron hücumu nəticəsində vəkil Şücaəddin Bağırovun ailə üzvlərinə ziyan dəyib. Qəlpələrdən biri ailəyə məxsus avtomobilə dəyib.

Globalinfo.az-a danışan Şücaəddin Bağırov bildirib ki, xainlərin hücumu bu gün səhər saatlarında baş verib:

Hava limanı məqsədli şəkildə hədəfə alınıb. Görünür, əsas niyyət Naxçıvanın mərkəzlə əlaqəsini tam kəsməkdir. Bunun başqa izahı yoxdur. Son məlumata görə, 4 nəfər yaralı var. Ümid edirəm ki, tələfat olmayacaq. Üç ədəd dron hava limanı ətrafına və Şəkərabad kənd orta məktəbinin yaxınlığına düşüb. Mən hazırda Bakıdayam, lakin ailəmizin avtomobilinə ziyan dəyib. Şükür ki, evdəkilər salamatdır, yenə də yaxşı qurtardıq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: