Rusiya Kommunist Partiyasının lideri Gennadi Zuqanov Dövlət Dumasının iclasında deyib ki, Yaxın Şərqdə baş verən münaqişə ABŞ-ın daha geniş strategiyasının tərkib hissəsidir və gələcəkdə Rusiyaya da təhlükə törədə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Parlament” qəzeti məlumat yayıb.
“İran indi yaşamaq uğrunda mübarizə aparır. Biz növbəti hədəf olacağıq. Trampın strategiyasına baxın: birinci yerdə Çin, ikinci yerdə Rusiya, üçüncü yerdə isə İran dayanır”, – partiya lideri qeyd edib.
Onun sözlərinə görə, Fars körfəzində baş verənlər ABŞ imperializminin “maskasının düşdüyünü” göstərir.
Zuqanov müharibənin regiona ağır təsirləri olduğunu vurğulayıb.
O bildirib ki, döyüşlər nəticəsində duzlu suyu təmizləyən qurğular və infrastruktur zədələndiyi üçün su və ərzaq problemi yaranıb.
Əliyar Xəlil
Globalinfo.az