İrandan ABŞ-a şərt: “Danışıqlar bir halda davam edəcək”

araqci

İran Vaşinqtondan hücumun təkrarlanmayacağına dair zəmanət alarsa, ABŞ ilə nüvə danışıqlarını bərpa etməyə qərar verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

“Lakin danışıqların bu qədər tez davam edəcəyini düşünmürəm”, – o bildirib.

Araqçı əlavə edib ki, İsraillə münaqişədə  İran özünü müdafiə etmək qabiliyyətini nümayiş etdirib:

“Yemə hücum olarsa, Tehran bunu bir daha göstərməyə hazır olacaq”.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə zərbələr endirərək əməliyyata başlayıb.

İyunun 22-də ABŞ Hərbi Hava Qüvvələri İrana zərbələrə qoşulub. 12 günlük münaqişə atəşkəslə bitib.

Əliyar Xəlil
Globalinfo.az