a4695a2ece9e4ece97870bbe7cec14ed 18

İranın Xuzistan əyalətinin İza şəhərində naməlum şəxs polis əməkdaşlarına atəş açıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, hadisə nəticəsində polis əməkdaşlarından biri ağır güllə yaraları alıb və xəstəxanada ölüb.

Naməlum şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına şəxsi avtomobilindən atəş açıb. Hücumun motivləri barədə məlumat verilmir.

Paylaş: