iran etiraz main

Ölkədə baş verən kütləvi etirazlar nəticəsində 3117 nəfər həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Press TV”nin İran Məhkəmə Tibbi Ekspertizası Təşkilatına istinadən məlumat verib.

Təşkilatın açıqlamasında bildirilir ki, ölənlər arasında həm mülki şəxslər, həm də İran təhlükəsizlik qüvvələrinin üzvləri var.

Qeyd edək ki, İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan İran rialının kəskin devalvasiyasından sonra başlayıb. Hadisələrə cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini sərtləşdirib, polis etirazçıların dağıdılması üçün gözyaşardıcı qazdan və hava tüfənglərindən istifadə edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: