İran kəşfiyyatı Sistan və Bəlucistan əyalətində Şərqi İranda “kritik obyekt”i hədəf almağı planlayan terrorçu qrupu zərərsizləşdirib.
Globalinfo.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, döyüş sursatı ilə silahlanmış qeyri-İran vətəndaşları ilə kəşfiyyat qüvvələri arasında saatlarla davam edən toqquşma nəticəsində terrorçulardan 6-sı zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib.
Əməliyyat zamanı iki zabit və bir polis əməkdaşı da xəsarət alıb.