iran hucum

İsrail Müdafiə Qüvvələri İrana qarşı hərbi əməliyyatların yenidən başlanmasına hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi, general Eyal Zamir deyib.

Onun sözlərinə görə, İsrail ordusu İranda əməliyyatları dərhal bərpa etməyə hazırdır.

“Biz İrana daha bir ciddi və dərin zərbə endirməyə hazırıq”, – deyə Zamir vurğulayıb.

Baş Qərargah rəisi qeyd edib ki, İranın şərtləri diktə etmək və regiondakı vəziyyəti dəyişdirmək cəhdləri uğursuzluğa məhkumdur.

“Biz fəaliyyətimizi davam etdirəcək, terror təşkilatı olan ‘Hizbullah’a vurulan zərəri daha da artıracaq, eyni zamanda şimal yaşayış məntəqələrinin təhlükəsizliyini təmin edəcəyik”, – deyə o bildirib.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: