İran şəhərlərində təqaüdçülər və təhsil işçiləri etiraza qalxdılar – VİDEO

İranın Tehran, Qəzvin və Sınandaş (Sənəndəc) şəhərlərində təqaüdçülər acınacaqlı məişət şəraitləri səbəbindən etiraz aksiyası keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, narazı təqaüdçülər bahalıq, inflyasiya və ərzaq qıtlığından şikayətləniblər.

İranın Şiraz şəhərində təhsil işçiləri etiraz aksiyası keçirib.

Narazı təhsil işçiləri həbs təhsil işçiləriedilmiş müəllimlərin azad edilməsi, əməkhaqlarının artırılmasını və tələblərinin yerinə yetirilməsini hökumətdən tələb ediblər.