“İran Qərb ölkələri ilə dialoqa hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti deyib.
“İran səmimi qarşılıqlı fəaliyyətə cəhd edən, ölkənin suverenliyinə hörmət edən və bərabərhüquqlu danışıqlara hazır olan istənilən Qərb gücü ilə əməkdaşlığa açıqdır”, – o bildirib.
Qeyd edək ki, İsrail İrana oktyabrın 26-da zərbələr endirib. Hücumdan sonra İran İsrailə müdrik cavab verəcəyini deyib.
Əliyar Xəlil
Globalinfo.az