İran bunu ABŞ-la müzakirə etməyəcək – Araqçı

araqci

“İranın uranın zənginləşdirilməsi məsələsi ABŞ-la danışıqlarda müzakirə mövzusu deyil”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçı deyib.

“ABŞ konstruktiv mövqe tutsa, mümkün sövdələşmə ilə bağlı danışıqlara başlaya biləcəyik. İranın uranın zənginləşdirilməsi məsələsi realdır. Bəzi narahatlıqlara baxmayaraq, biz nüvə proqramı ilə bağlı güvən vermək istiqamətində işləməyə hazırıq”, – o deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İranla danışıqlarda uranın zənginləşdirilməsi məsələsinin müzakirə ediləcəyini açıqlamışdı.

Xatırladaq ki, İran və ABŞ arasında dolayı danışıqların birinci raundu aprelin 12-də Omanda baş tutub. İkinci turun aprelin 19-da olması gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az