İran Səudiyyə Ərəbistanında ABŞ pilotlarının bazasına və yaşayış yerinə zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi açıqlayıb.
“Bu gün biz dronlar və raketlərdən istifadə edərək Əl-Xərcdə (Səudiyyə Ərəbistanı) Amerika pilotlarının və təyyarə heyətinin yaşayış yerinə hücum etdik”, – deyə Musəvi bildirib.
O qeyd edib ki, hücum 200 nəfərlik izdihamı hədəf alıb.
Tahir Turan
Globalinfo.az