“İranın Azərbaycandakı yeni səfirinin seçilməsi prosesi başa çatdı. Səfirimiz artıq təqdim olunub”
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib.
XİN sözçüsü Tehran üçün Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələrin çox vacib olduğunu vurğulayıb:
“İranın Azərbaycandakı yeni səfirinin seçilməsi ilə bağlı inzibati proses başa çatıb, arzu olunan şəxs seçilib və bununla bağlı müvafiq proses davam edir. O, Avrasiya üzrə ixtisaslaşmış çox təcrübəli və tanınmış diplomatdır. Səfirin adı isə proses başa çatdıqda sonra açıqlanacaq”.