İran ABŞ-a məxsus “MQ-9 Reaper” pilotsuz uçuş aparatını (PUA) Hörmüz boğazının şərq hissəsində vurduğunu açıqlayıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Fars” məlumat yayıb.
Bildirilib ki, PUA İran İnqilab Keşikçiləri Korpusunun hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
İran tərəfi PUA-nın Hörmüz boğazının şərq hissəsində hədəfə alındığını bildirib.