Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilk telefon danışığını Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Baş nazir Takayçi ölkənin mövqeyinin dəyişməyəcəyini vurğuladı. Yəni biz Ukraynanın yanında olacağıq”, – deyə bildirilib.
Qeyd edək ki, Takaiçi oktyabrın 4-də hakim Liberal Demokrat Partiyasının sədrliyinə seçkilərdə qalib gələrək Yaponiyanın baş naziri postunu tutan tarixdə ilk qadın olub.
Əliyar Xəlil
Globalinfo.az