İlham Əliyev sənaye və texnologiyalar parkı ilə bağlı mühüm fərman imzaladı – YENİLƏNDİ 2

Azərbaycanda sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin idxal etdiyi məhsulların gömrük rüsumundan azad olma müddəti 3 il artırılır.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, parkların rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarların müvafiq qaydada ölkəyə gətirdiyi texnikanın, texnoloji avadanlıqların və qurğuların gömrük rüsumundan azad olma müddətinin həmin rezidentin parklarda qeydiyyata alındığı tarixdən 7 il deyil, 3 il artırılaraq 10 il müəyyən edilməsi məqsədilə hazırlanıb.

***

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış, texnologiyalar parkı ilə yanaşı, texnologiyalar parkından kənarda fəaliyyət göstərən hüquqi şəxs və yaxud hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər də texnologiya parkının rezidenti sayılacaq.

Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Vergi Məcəlləsinə olunan əlavə və dəyişikliklərdə əksini tapıb.

Vergi Məcəlləsinə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənarda fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi gələn il yanvarın 1-dən 3 il müddətində 8 min manata qədər olduqda 0 %-lə, 8 min manatdan çox olduqda 5 %-lə, 2026-cı il yanvarın 1-dən isə 7 il müddətində 5 %-lə tutulacaq.

Güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərə münasibətdə də tətbiq edilir.

Bundan başqa, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmur.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

***

Texnologiyalar parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən hesablanması imkanı yaradılıb.

Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, qanuna əlavə edilən yeni -14.8-ci maddəyə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətinə məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əmək haqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödəyəcəklər.

Qeyd edək ki, qanunun 14.3-cü maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanlar nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

– sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;

– sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

Qanunun 14.4-cü maddəsinə əsasən isə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir sosial sığorta haqqı dərəcəsi
cəmi sığortaolunanın gəlirlərindən tutulan sığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək 25 faiz 3 faiz 22 faiz
200 manatdan çox olduqda 25 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

Həmin sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edəcək və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilməyəcək. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edəcək. İl ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq ediləcək.