İlber Ortaylı da koronavirusa yoluxdu

 

Türkiyəli tanınmış tarixçi alim İlber Ortaylı koronavirusa yoluxub.

Globalinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, 75 yaşlı türkiyəli alimin dünən verdiyi koronavirus testinin cavabı pozitiv çıxıb.

Məlumata görə, İlber Ortaylı koronavirusa yoluxduğundan Osmaniye şəhərində qatılmalı olduğu tədbir bir həftə sonraya təxirə salınıb.