“İl-76”-nın partlamasının səbəbi… – İnanılmaz versiya

Ukrayna Müdafiə Nazirliyi hazırda İl-76 hərbi nəqliyyat təyyarəsinin Ukrayna Müdafiə Qüvvələri tərəfindən vurulduğunu təsdiq edə bilmir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın “Suspilne” saytı yazıb.

“Onlar hələ də məlumatı dəqiqləşdirirlər”, – məlumatda bildirilib.

Digər mənbə isə iddia edir ki, əsirlərin mübadiləsi ilə bağlı heç bir razılaşma olmayıb və vurulan təyyarədə S-300 raketləri olub.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna mediası İl-76-nın Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu yazmışdı.