İki ölkə “qapı”da gözləyir: “Taleyimiz Türkiyənin əlindədir”

Finlandiya NATO-ya İsveçlə birgə üzv olmağa üstünlük verir.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiya müdafiə naziri Mikko Savola deyib.

“Biz İsveçlə yaxın tərəfdaşıq. Demək olar ki, hər həftə bizim müdafiə qüvvələrimiz birgə təlim keçirirlər. Bu, çox dərin əməkdaşlıqdır və biz bir-birimizə çox güvənirik. İndi hər şey Türkiyənin əlindədir”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Finlandiya Prezidenti Sauli Niinistyo Türkiyənin Finlandiyaya NATO-ya üzv olmağa izn verdiyini bildirib. Bununla belə o, İsveçsiz alyansa üzvlüyün çətin situasiya yaradacağını söyləyib.

İlkin Həsənov
Globalinfo.az