III ixtisas qrupu üzrə imtahanın nəticələri bu tarixdə elan olunacaq

III ixtisas qrupu üzrə imtahanın nəticələri iki həftə ərzində elan olunacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, iyulun 8-də DİM tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.