Vasif Cənnətov vəzifədən azad edildi

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tutduğu vəzifədən azad edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Adil Kərimli əmr imzalayıb.

Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.