Anar Kərimov Mexikoda Xocalı abidəsini ziyarət etdi – FOTOLAR

Mədəniyyət naziri Anar Kərimov Mexikoda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Bu barədə Globalinfo.az-a nazirlikdən məlumat verilib.

Nazir Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə baş çəkib.

Qeyd edək ki, Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti 28-30 sentyabr tarixlərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında (“Mondiacult 2022”) iştirak məqsədilə Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində səfərdədir.

Xatırladaq ki, abidə Mexiko şəhərinin mərkəzində 2011-ci ildə Azərbaycan hökumətinin dəstəyi ilə ucaldılıb.

Anar Kərimov Mexikoda səfərdədirAnar Kərimov Mexikoda səfərdədir