1749843956 2157379010

“Hizbullah” təhlükəsi aradan qalxana qədər İsrail Livanın cənubunda, Litani çayına qədər təhlükəsizlik zonasına nəzarət edəcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib.

“İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Livanda “Hizbullah”a qarşı tam gücü ilə əməliyyatlarını davam etdirəcək. Livanın şimalına təxliyə edilən yüz minlərlə sakin şimal sakinləri üçün təhlükəsizlik təmin olunana qədər Litani çayının cənubuna qayıtmayacaq.

Prinsip aydındır: terror və raketlərin olduğu yerdə evlər və sakinlər olmayacaq. ÇAXAL içəridə olacaq”, – Katz vurğulayıb.

Paylaş: