Hindistan hökuməti Pakistan aviaşirkətlərinə hava məkanını bağladığını açıqlayıb.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bu qərar Pakistanın Hindistan hava yollarına öz hava məkanından istifadəni qadağan etməsindən bir neçə gün sonra verilib.
Qeyd edək ki, Pakistan bu addımı Kəşmirdə turistlərə hücum nəticəsində 26 nəfərin öldürülməsindən sonra atmışdı.
Hindistanın müvafiq qurumlarının yaydığı sənədə əsasən, Pakistan təyyarələri üçün Hindistan hava məkanının bağlanması 30 aprel – 23 may tarixlərini əhatə edəcək.
Aysel Əliyeva
Globalinfo.az