IMG 3173

Məlum olduğu kimi, dünən tanınmış aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib. Onun sözlərinə görə, bağ evinə beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxs oğurluq edib.

Globalinfo.az bildirir ki, DİN-in mətbuat Xidməti aparıcının Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialara aydınlıq gətirib. Bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub. Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aparıcı Fira Cəlilovanın evində tutulan şəxslə bağlı bəzi faktlar üzə çıxıb.

Keçirilən tədbirlərlə törətdiyi çoxsaylı cinayətlərə görə axtarışda olan şəxsin bilə-bilə evdə gizlədilməsi məlum olub.

Saxlanılan Əlihüseyn Hüseynovun Fira Cəlilova ilə hər hansı qohumluq əlaqəsinin olmaması müəyyən edilib.

O, əvvəllər də məhkumluq həyatı yaşayıb.

e 11233

Paylaş: