1980-ci illərin sənədlərinə baxdım, orada… – Paşinyan

“1980-ci illərdə başladılan demarkasiya prosesindən çox danışırlar, deyirlər ki, bizim onlardan xəbərimiz yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında deyib.

Paşinyan bildirib ki, həmin vaxt hazırlanan sənədlərlə tanış olub və nəzərdən keçirib:

“Problem ondadır ki, həmin illərdə bu sənədlər qüvvəyə minməmişdi. 2020-ci ildən etibarən işimizin ən vacib hissələrindən biri də Ermənistanın qanuni sərhədlərinin haradan keçdiyini bilmək üçün sərhədin demarkasiyası ilə bağlı bütün sənədlərin öyrənilməsi və yoxlanılması oldu. 1980-ci illərdə hazırlanan həmin sənədlər bizim masamızda var, lakin qüvvəyə minmədiyi üçün keçərsizdir”.

Ayşən Mustafa
Globalinfo.az