FotoJet 2023 10 09T170626.749

HƏMAS İsrail ərazisinə daxil olduqları ərəfədə Qəzza zolağı ilə sərhəddə İsrailin müşahidə sistemlərini necə məhv etdiklərini əks etdirən videogörüntülər yayımlayıb.

Globalinfo.az xəbər verir ki, görüntüləri “Politika stranı” Teleqram kanalı yayıb.

Kadrlarda, həmçinin İsrail tanklarının necə bombalandığı və bunun, ehtimal ki, dronlar vasitəsilə həyata keçirildiyi əks olunub.

Yayılan daha bir videoda isə fələstinli silahlıların sərhəd məntəqələrindən birində pusqu quraraq içəri daxil olan israilliləri daşıyan avtomobilə atəş açdığı əks olunub.

Paylaş: