HƏMAS-dan atəşkəslə bağlı AÇIQLAMA: Yalnız bu halda mümkündür…

“Qəzza zolağında əsirlərin mübadiləsi və tam atəşkəs qərarı ilə bağlı İsraillə yekun razılaşma yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu barədə Həmas-ın Siyasi Büro üzvü Usamə əl-Həmdan keçirdiyi mətbuat konfransında deyib.

İsraillə atəşkəs və əsir mübadiləsi ilə bağlı yekun razılaşmanın olmadığını vurğulayan Həmdan bəzi təkliflərin edildiyini diqqətə çatdırıb. O, Fələstin xalqının maraqlarını nəzərə alaraq qərar verəcəklərini bildirib.

HƏMAS rəsmisi əlavə edib ki, İsrailin bütün hücumlarını dayandırması və öz qüvvələrini Qəzza zolağından çıxarması fonunda razılaşma mümkün ola bilər.

Əliyar Xəlil
Globalinfo.az