2025 03 20T172843Z 805853624 RC23HDAGVZLB RTRMADP 3 BRITAIN DEFENCE STARMER pic 32ratio 900x600 900x600 23489

Böyük Britaniya Rusiyaya aid neft tankerini ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Kir Starmer “X” sosial şəbəkəsində yazıb.

Baş nazirin sözlərinə görə, silahlı qüvvələr La-Manş boğazından keçməyə çalışan tankerə müdaxilə edib və əməliyyat uğurla başa çatdırılıb.

“Bu gün səhər tezdən Silahlı Qüvvələrimizə La-Manşdan keçməyə cəhd edən kölgə donanmasının neft tankerini ələ keçirmək əmri verdim.

Bu uğurlu əməliyyat Rusiyaya növbəti zərbəni vurdu. Həmçinin Ukraynada müharibəni davam etdirməyə kömək edən tərəflər üçün siqnaldır”, – deyə Kir Starmer qeyd edib.

Əməliyyatla bağlı detallar açıqlanmayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: