qizlar

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan AZAL-ın pilotu İqor Kşnyakin Azərbaycan millisinin üzvlərinin valideynidir.

Globalinfo.az bildirir ki, Metbuat.az-ın məlumatına görə, mərhum pilot Azərbaycan Gimnastika Federasiyasının üzvləri, tanınmış gimnastlar Anastasiya və Darya Kşnyakinanın atasıdır.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə 38 nəfər, o cümlədən 26 Azərbaycan vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb. Həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilərək Azərbaycan gətirilib, yaralılardan isə səhhəti qənaətbəxş olan 14 nəfər vətənə gətirilib.

aa65926a43e8d53782fba9b9130f4808 42763 07 ec6506a9511a9105bbf685beb3576b7f 42763 02

Paylaş: