Həftəsonu qeydə alınan 76 cinayət açılıb – DİN

Ötən həftənin şənbə və bazar günləri ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 32 cinayət açılıb.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatla bağlı 41 fakt müəyyən edilib.

Axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.