Həbsdə olan vəkillə bağlı qərar verildi – FOTO

Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, vəkil Sünbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib. O, həbsdə olan Sünbülə Əliyevanın ev dustaqlığına buraxılmasınş istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra hakimlər dəyişdiyi üçün istintaq yenilənib.

Prosesi aprelin 22-də davam etdiriləcək.

İttihama görə, Sünbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.

Onu da qeyd edək ki, Sünbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub.

Həbsdə olan vəkil Sünbülə Əliyeva ev dustaqlığına buraxılmayıb