Həbsdə olan Vardanyanın bankı satıldı

“Bank of Georgia Group” (BOGG) Ermənistan bankı “Ameriabank” QSC-nin 303.6 milyon ABŞ dollarına satın alınması ilə bağlı razılaşma əldə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə BOGG-nin press-relizində bildirilib. Qeyd olunub ki, tranzaksiyanın edilməsindən sonra bankın səhmlərinin 90%-i BOGG-yə, 10%-i isə Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) qalacaq.

Qeyd edək ki, korporativ, investisiya və pərakəndə bank xidmətləri göstərən “Ameriank”ın baş qərargahı İrəvanda yerləşir. Bankın hazırda Bakıda həbsdə olan rusiyalı milyarder, Qarabağ separatçılarının rəhbələrindən olmuş Ruben Vardanyanın nəzarətində olduğu bildirilir.

“Bank of Georgia” isə Gürcüstanın ən böyük kommersiya banklarından biridir və Böyük Britaniyada qeydiyyatdan keçib.