
Almaniyadan Afrikaya yollanan Frankfurt-Mavrikiya reysini həyata keçirən təyyarə hava boşluğuna düşüb,
Globalinfo.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Aviaşirkətdən verilən məlumata görə, qorxulu hadisə enişdən 2 saat əvvəl baş verib.
Hadisə nəticəsində göyərtə zədələnib, həmçinin heyət üzvləri də daxil olmaqla 20 nəfər xəsarət alıb.
272 sərnişin və 13 heyət üzvü təyyarəni pilotlar Mavrikiyanın paytaxtı Port-Luis hava limanına təhlükəsiz endirə biliblər. Yaralananlar müayinə üçün yaxınlıqdakı tibbi müəssisəyə göndəriliblər.