Hava meteohəssas insanlarda narahatlıq yarada bilər

Sabahkı hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər.

Globalinfo.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda qeyd edilib.

Bildirilib ki, fevralın 22-də Abşeron yarımadasında yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.