8c5ae570 68c4 11ee 9d3a 5f663587600a.jpg 1

Fələstinin HAMAS hərəkatı İsrailin Qəzza zolağından silahlı qüvvələrinin çıxarılmasını nəzərdə tutan və Qətər tərəfindən 2025-ci ilin yanvarında irəli sürülmüş sülh planının yenidən müzakirəsinə hazır olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı fələstinli mənbələrə istinadla məlumat yayıb.

Hərəkatın bu məsələdə müəyyən güzəştlərə getməyə açıq olduğu qeyd olunur.

Mənbələrin bildirdiyinə görə, Dohada keçirilən məsləhətləşmələr zamanı HAMAS nümayəndələri İsrail ordusunun Qəzza sektorundan çıxarılmasını nəzərdə tutan sənədin yenidən müzakirəsinə qayıtmağa razılıq veriblər.

Paylaş: